Gəncənin Şah İsmayıl Xətai prospektində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.
"Kristal" şadlıq sarayının yanında su xətti partlayıb. Asfalt örtüyünün altından su çıxır. Qəza dünən saat 16:00-da baş verib.
Təqdim olunan fotomaterialda suyun prospekt boyunca axmağı müşahidə edilir.