Gəncədə 23 dekabr tarixində kitab xülasəsi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi paylaşıb.
Məktəbdə keçirilən tədbir 15 saylı kitabxana filialı tərəfindən təşkil olunub. Kitabxanaçı Esmira Məlikova Mark Tvenin "Seçilmiş əsərləri"nə daxil olan "Tom Soyyerin macəraları", "Heklberri Finnin macəraları" əsərlərini, Fenimor Kuperin "Ləpirçi" romanını, Ernest Heminqueyin "Seçilmiş əsərləri"nə daxil olan "Əcəl zəngi" romanını, "Qoca və dəniz" povestinin xülasəsini edib.