Gəncədə keçmiş dəmiryolçular yataqxanasının qarşısında zibillər toplanaraq yandırılır. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.
Sözügedən məsələ Abbas Səhhət küçəsində müşahidə edilir. 5 mərtəbəli yataqxanın ərazisində mütamadi olaraq zibillər yandırılır. Sakinlərin sözlərinə görə, ətrafa yayılan pis qoxuya baxmayaraq bu hallar təkrarlanır.
Daha öncə, Yeni Gəncə qəsəbəsində yandırılan məişət tullantıları haqda məlumat vermişdik.