Gəncədə məktəblilər arasında müsabiqə keçirilib. Bu haqda 28 dekabr tarixində Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.
"Kitab oxumaq biliyini gücləndirir" adlı müsabiqə "Superfon" şirkətinin dəstəyi ilə "Uğurlu məzunlar" layihəsi çərçivəsində şəhərin 8 və 16 nömrəli məktəblərində təşkil olunub. Turnirə V-X sinif şagirdləri qatılıb.
Məktəblilər əvvəlcədən müəyyən olunmuş ədəbiyyat siyahısına əsasən Azərbaycan və dünya ədəbiyyatından kitabları oxuyublar. Bunun üçün bir qədər vaxt ayrılıb. Daha sonra onlar oxuduqları əsərlərə əsasən suallara cavab veriblər. İmtahan 1 saat davam edib.
[caption id="attachment_7556" align="alignnone" width="300"]
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto[/caption]