Gəncədə şəhid və qazi ailələri üçün konsert baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.
Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin səs-muğam söbəsinin müəllimi Xəyal Əliyevin şagirdləri - Bəxtiyar Quliyev, Tuncay Həsənov, Siddiq Verdiyev, Cəlal Səfiyev musiqili proqram çərçivəsində çıxış ediblər.
Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.