Gəncədə Debat Forumu keçirilib. Bu haqda 28 dekabr tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.
Forumda universitetlər və kolleclərin "Debat klublarının" komandaları iştirak ediblər. Yarışın mövzusu "Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur" olub. Final mərhələsində ADAU-nun "Nexsus" və Tibb Kollecinin "Night Mare" komandaları qarşılaşıb. Kollecin komandası yarışın qalibi olub. Ən yaxşı birinci natiq adına isə Nərmin Tağıyeva layiq görülüb.
Forumun sonunda qaliblər və iştirakçılar təltif olunublar.