Gəncədə küçələrin birində sakinlər yol infrastrukturunun olmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 2 yanvar tarixində məlumat daxil olub.
Şəhərin Eyyub Əlizadə küçəsində asfalt örtüyü yoxdur. Sakinlərin sözlərinə görə, yağışlı havada küçə ilə hərəkət etmək olmur. "Hər yanda gölməçələr yaranır. Ayaqlarımız palçıq olur"- deyə, onlar bildiriblər.
Bu vəziyyətdən piyadalarla yanaşı sürücülər də narazıdır. Onların sözlərinə görə, yağış yağanda avtomobillər küçəyə girməkdə çətinlik çəkirlər.
[caption id="attachment_7791" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]