Gəncədə İcra başçısı bir qrup sahibkarla görüşüb. Bu haqda 30 dekabr tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Görüşdə Gəncənin sosial-iqtisadi həyatında fərqlənən sahibkarlar iştirak ediblər. Tədbirdə onlara göstərilən diqqət və qayğı haqda danışılıb. Daha sonra Niyazi Bayramov onlara göstərdikləri fəaliyyətlərinə görə "Təşəkkürnamə"lər təqdim edib.
Qeyd edək ki, bu gün İcra başçısı həmçinin media nümayəndələri və ziyalıları da təltif edib.