Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 12 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq, ağaсla toqquşub. Daha sonra isə o, işıq dirəyinə çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.