Gəncədə yerləşən Nizami Gəncəvinin abidəsinin restavrasiyası tam yekunlaşıb. Bu haqda 10 yanvar tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Mirzə Abbas Abbaszadə və Əttarlar küçələrinin kəsişməsində yerləşən heykəl yenidən rənglənib.
Bundan başqa Niyazi Bayramov şəhərdə daha bir neçə dahi şəxsiyyətlərin xatirəsi ucaldılmış abidələrin bərpası ilə bağlı tapşırıqlar verib. İcra hakimi Gəncədə aparılan abadlıq, təmir-bərpa işləri ilə tanış olub.