Gəncə sakinləri bayram günlərində susuz qalıblar. Bu haqda 2 yanvar tarixində Gencexeber.az-ın izləyicisi məlumat verib.
Qeyd olunan vəziyyət Şahsevənlər küçəsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, ərazidə iki gündür su təchizatı dayandırılıb. "Bayram günüdür, amma bizim suyumuz yoxdur" - deyə onlar bildiriblər. Aidiyyəti şəxslərə zəng etsələr də, cavab verən olmayıb.
Qeyd edək ki, sakinlərin sözlərinə görə, bu hal tez-tez təkrarlanır.