Gəncədə küçələrin birində sakinlər zibil qutuları ilə bağlı problem yaşayırlar. Bu haqda Gencexeber.az-a 27 dekabr tarixində məlumat daxil olub.
Əziz Nəzərov küçəsindən olan izləyicimizdən müraciət daxil olub. Onun sözlərinə görə, 1 nömrəli Peşə məktəbinin arxasında yerləşən zibil qutuları yararsız haldadır.
Verilən məlumata əsasən, sakinlər məişət tullantılarını qutulara yox, qırağa atırlar. Məsələ ilə bağlı bir neçə dəfə müvafiq orqanlara müraciət olunsa da, gözəçarpan dəyişikliklər müşahidə olunmayıb.