Gəncədə bir sıra küçələr işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 27 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nəcəf bəy Vəzirov və Hüseyn Arif küçələrindən gedir. Sakinlərin sözlərinə görə, adıçəkilən ərazilərdə işıq dirəklərinin olmasına baxmayaraq, küçələr işıqlandırılmır. Bu hal onların narazılığına səbəb olur və çətinliklər yaradır.
“Yaxınlıqdakı digər küçələrdə işıqlandırma sistemi işləyir. Yalnız bizim ərazi qaranlıqda qalıb. Hava qaralandan sonra gedib-gəlməkdə çətinlik çəkirik”, - deyə sakinlər qeyd ediblər.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, nəticə əldə etməyiblər.