Gəncədə abadlıq işləri aparılır. Bu haqda 11 iyul tarixində MKTİB-yə istinadən məlumat veririk.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən güllər əkilir. Aksiya şəhərin mərkəzində, Ekoloji parkda və İmamzadə Ziyarətgah Kompleksinin ərazisində aparılıb. Sözügedən yerlərdə mövsümi dekorativ gül-çiçəklər əkilib.
Bitkilərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər münbit torpaq, torf və müxtəlif gübrələrlə zənginləşdirilib. Həmçinin ərazilərdə mövcud yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib və suvarılıb.