ADAU-da Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.
Tədbir universitetin rektoru İbrahim Cəfərov və TKTA-nın əməkdaşlarının iştirakı ilə baş tutub. Təhsildə xarici keyfiyyət təminatı, "Təhsil müəssisəsinin akkreditasiya qaydaları" barədə müzakirələr aparılıb.
Tədbirin sonunda təhsildə keyfiyyətin təminatına dair verilən suallar cavablandırılıb.