Gəncədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılır. Bu haqda Gencexeber.az-a yanvarın 20-si məlumat daxil olub.
Sakinlər bu gün səhər saatlarından şəhərin Şəhidlər xiyabanına üz tutublar. Burada, həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və nümayəndəliyi, təhsil müəssisələrinin rəhbərliyi, tələbə və şagirdləri, idarə və müəssisə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Xiyabanda şəhid məzarları ziyarət olunub. Qəhrəmanların əziz xatirəsinə dualar oxunub, qəbirləri önünə gül dəstələri düzülüb.
[modula id="31416"]