top
Yolu Gəncədən Nyu-Yorka uzanan məşhur TATU USTASI
07 fevral 2026, 13:18
- +

Yolu Gəncədən Nyu-Yorka uzanan məşhur TATU USTASI

Röyal Cəfərov ABŞ-də fəaliyyət göstərən peşəkar tatu ustasıdır.

Oxu.аz Gəncədən Nyu-Yorka köçən və yaradıcılığı ilə tanınan azərbaycanlı ilə söhbət edib. Onun klassik və müasir rəssamlıq elementlərini özündə birləşdirən realist ağ-qara və rəngli tatu işləri təkcə ABŞ-də deyil, ölkə hüdudlarından kənarda da populyarlıq qazanıb.

Röyal Cəfərovla müsahibəni təqdim edirik:

- Sizin işləri görəndə anlayırsan ki, incəsənət təhsiliniz var. Maraqlıdır, hansı təhsil almısınız?

- Mənim formalaşmağımda əsas rol oynayan şəxs Gəncə Dövlət Dram Teatrının baş rəssamı Vahab Cəfərov olub. Ondan klassik rəssamlığın əsaslarını, kompozisiya və forma düşüncəsini öyrənmişəm. Daha sonra ABŞ-də müxtəlif rəssamlıq məktəblərində və atelyelərdə çoxsaylı master-klaslarda iştirak etmişəm.

- Necə qərara gəldiniz ki, tatu ustası olasınız?

- Tatu sənəti rəssamlıq sahələri arasında ən çətinlərdən biri hesab olunur. Məhz bu çətinlik məni cəlb etdi. Həmişə mürəkkəb işlərə maraq göstərmişəm. Buna görə də tatu sənətini özümə ən uyğun yaradıcılıq forması hesab etdim.

- ABŞ-yə köç etməyinizin hekayəsi də maraqlıdır. Ölkə dəyişməyə nə vaxt qərar verdiniz?

- Mən Gəncə Dövlət Universitetində təhsil alırdım. İkinci kursda həyatımda kəskin bir dönüş edərək Moskvaya köçdüm və tatu sənətini daha dərindən öyrənməyə başladım. Sonra uşaqlıqdan xəyalım olan Nyu-Yorka köçmək qərarına gəldim.

- Miqrasiyada hansı çətinliklərlə qarşılaşdınız?

-  Miqrasiya prosesi düşündüyüm qədər çətin olmadı.

- Sizdən istənilən ən qəribə döyməni xatırlayırsınızmı?

- Ən qəribə sifariş amerikalı bir xanımın dünyanın ən məşhur seriyalı qatillərinin portretlərini belinə tatu etdirmək istəməsi olub.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Oxşar xəbərlər