Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Gencexeber.az-a bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.