Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş və Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə müsabiqə keçirilib. Bu haqda 5 avqust tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Yarış yeniyetmə oğlan və qızlar arasında üzgüçülük üzrə təşkil olunub. Burada “butterfly”, krol, bras və arxası üstə üzmə üsulunda Gəncə, Şəmkir, Goranboy və Mingəçevir şəhərlərinin komandaları olmaqla 75 nəfər iştirak edib. Müsabiqə Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.