top
Yediyimiz sosislərin tərkibində nə var? — Araşdırma
Foto
23 dekabr 2025, 17:31
- ↺ +

Yediyimiz sosislərin tərkibində nə var? — Araşdırma

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Market vitrinlərin qablaşdırması və təqdimat üslubu göz oxşayan qidalarla doludur. Təəssüf ki, bir çoxumuz alış-veriş zamanı məhz bu məhsulları qablaşdırması və təqdimatına baxaraq seçim edirik. Ancaq qida mütəxəssisləri hesab edir ki, məhsulun qablaşdırmasından daha çox onun etiketinə diqqət etməli, orada yazılanları oxumalı və başa düşməliyik. Etiketdə qeyd edilən məlumatlar bizə əslində o məhsulun nə qədər xeyirli, nə qədər zərərli olduğu barədə məlumat verir.

Tribuna.az qida məhsullarının etiketində yer alan, bir çoxumuzun nə məna verdiyini bilmədiyimiz yazıları oxucular daha aydın dildə izah edəcək.

Başlayaq ət məhsulları olan kolbasa və sosislərdən:

"Sevimli Dad" brendinə məxsus "İveriya" sosisləri – bu sosislərin etiketinə əsasən məhsul təbii tərkibə malikdir. Lakin məhsulun istehsalında natrium nitrit var. E250 qida əlavəsi hesab edilir. Bu maddə əsasən ət məhsullarında rəngi sabitləşdirmək, dadı gücləndirmək, konservant kimi bakteriya artımını əngəlləmək üçün istifadə olunur, lakin yüksək miqdarda olduqca zərərlidir. Bu kimi səbəblərə görə bu məhsul gündəlik istifadə üçün tövsiyə olunmur.

"Sab" brendinə məxsus "Döymə" sosislərinin də etiketindəki məlumatlar bir o qədər ürəkaçan deyil. Belə ki, üzərindəki məlumata görə, bu məhsulu qismən təbii tərkibli hesab etmək olar. Ancaq bu sosislərin də tərkibində natrium nitrit, nişasta var. Həmçinin bitki yağı da var ki, onun da növü qeyd edilməyib. Bu məhsul da mütəxəssislərin fikrincə, etiket məlumatlarına əsasən gündəlik istifadəyə tövsiyə olunmur.

"Halal nemət, min bərəkət" markasına məxsus "Manqalüstü" sosislərinin də etiketindəki məlumatlar oxşardır. Etiketə əsasən məhsulu qismən təbii tərkibli hesab edə bilərik. Ancaq məhsulun tərkibi natrium nitritlə yanaşı bir neçə qida əlavəsi ilə zəngindir. Etiketdə qeyd edilib ki, məhsulun tərkibində E450, E621, E250 qida əlavələri var. Bu məhsulu da qida mütəxəssisləri gündəlik istifadə üçün tövsiyə etmir.

"Hacı Turqay" brendinə məxsus "Közləmə" sosislərinin etiketindən də məlum olur ki, tərkib qismən təbiidir. Ancaq məhsulda nitrit, nişasta var. Bu tərkibli məhsulları qida mütəxəssisləri gündəlik istifadə üçün məsləhət görmürlər.

Qida mütəxəssisləri hesab edir ki, bu tərkibli məhsullar qadağan deyil. Qəbulu zamanı da ciddi və xoşagəlməz fəsadlar yaranmır. Lakin mütəmadi qəbulu, gündəlik istifadə edilməsi məsləhət deyil. Xüsusilə azyaşlılara və uşaqlara hər gün belə qidaların verilməsi heç bir halda məsləhət görülmür.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Bu gün, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Bu gün, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Bu gün, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Bu gün, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Bu gün, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər