“Gəncə” VK-nın təşkilatçılığı ilə Milli Yaylaq Festivalı çərçivəsində yarışlar keçiriləcək. Bu haqda 4 iyul tarixində voleybol klubuna istinadən xəbər veririk.
5-7 iyul tarixlərində Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etnoqəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunacaq. Burada Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə “Kids Volleyball” layihəsinə əsasən, uşaqlar arasında voleybol yarışları olacaq.
Festival çərçivəsində ziyarətçilərə idmanın voleybol növünün qaydaları və topla rəftar barədə məlumat veriləcək.