Göygöldə yanğın hadisəsi qeydə alınıb.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, rayonun Topalhəsənli kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 90 m² sahədə, tavanı 3 m² sahədə və çardağına yığılan 1 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Onlar evin, ot bağlamalarının qalan hissəsini və bitişik talvarın yanğından mühafizə olunmasına nail olublar.