Gəncədə bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 6 iyul tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aşkar edilib. Cəsəd aidiyyəti üzrə təhvil verilib.