Gəncədə bir nəfər evdə köməksiz vəziyyətdə qalıb. Bu haqda 29 iyul tarixində FHN-ə istinadən məlumat veririk.
Şəhər ərazisindəki evlərin birində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Əraziyə Regional Mərkəzin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aşkar edilib. Cəsəd aidiyyəti üzrə təhvil verilib.