top
Uşaqlarımızın musiqi zövqünü necə formalaşdıra bilərik? – ÖZƏL AÇIQLAMA
05 dekabr 2024, 16:57
- ↺ +

Uşaqlarımızın musiqi zövqünü necə formalaşdıra bilərik? – ÖZƏL AÇIQLAMA

 

Son illər uşaqların və yeniyetmələrin bayağı və kriminal aləmə xas musiqilərə marağının artmasının geniş yayıldığını müşahidə edirik. Hətta bəzi məktəb direktorları tədbirdə uşaqlara qoşularaq kriminal aləmə xas olan musiqi sədaları altında şənləniblər. Belə hal Samuxda məktəbdə keçirilən “Son zəng” mərasimində də yaşanmışdı…

Bəs görəsən, uşaqlarımızın musiqi zövqünü necə formalaşdıra bilərik? Musiqi uşaqların psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı Gencexeber.az-a açıqlama verən Gəncədəki 3 saylı musiqi məktəbinin fortepiano müəllimi, bəstəkar Svetlana Zelmixanqızının sözlərinə görə, musiqi zövqümüzün korlanması böyük bir fəlakətdir:

“İnsan orqanizminə düşən virus kimi bu da mənəviyyatımıza düşən virusdur. Uşaqlar həmin bayağı musiqiləri televiziya və ya sosial şəbəkələrdə dinləyirlər. Çünki uşaq gözünü açandan bu musiqiləri eşidib. Musiqi məktəblərində təhsil alan məktəblilərin isə zövqü tamam başqa olur. Çünki şagirdlər artıq ciddi musiqi ilə məşğul olurlar. Bayağıları da eşidəcək, lakin təsiri altına düşməyəcək”.

Bəstəkar kütlənin zövqünün xeyli aşağı düşdüyünü vurğulayıb:

“Təəssüflər olsun ki, bayağı musiqilər çox geniş yayılıb. Kütlə mahnılarıdır. Kütlənin zövqü çox aşağı düşüb. Zövqlər də televiziya və sosial şəbəkələrdə formalaşır. Senzura qoyulmalıdır ki, televiziyalarda belə mahnı olmamalıdır. Valideynlərin də zövqü aşağı düşüb. Kütlənin zövqünü formalaşdırmaq üçün heç olmasa efirə yaxşı musiqilər buraxmaq lazımdır”.

S.Zelmixanqızı sonda əlavə edib ki, reklam və qazanc xətrinə səsi olmayanlar da efirə çıxır:

“Efirlər təmizlənməlidir. Bəlkə də bu virusun yayılmasında əsas səbəb toylardır. Bizim toylar çox zövqsüz təşkil olunur. Bəlkə də müğənnilər bayağı musiqiləri toy xətrinə öyrənirlər. Kanalların hesabına məşhurlaşırlar. Toylarda bayağı musiqiləri qadağa etmək lazımdır. Toylara mədəniyyət gətirməliyik, milli alətlərimizə üstünlük verməliyik”.

Gəncədən olan psixoloq Şura Heydərova isə qeyd edib ki, məktəblərdə bu kimi halları görəndə çox təəssüflənir:

“İlk həll yolu ailədən gəlir. Valideynlər övladlarına sevgilərini ötürməlidirlər. Övladlarının tərbiyəsinə təsir edəcək bütün amilləri ciddi şəkildə nəzərə almalıdırlar. Vaxtında övladlarının hisslərinə və duyğularına əhəmiyyət versinlər və onları dinləsinlər. Uşaqlar valideynlərindən sevgi görmədikdə başqa yerə yönəlir. Boşluqlar yaranır. Bu boşluqlar da kriminal aləmə meyil edirlər. Bayağı musiqilər valideynlərin yaratdığı boşluqlardır.

Qadağaları vaxtında bildirməlidirlər. Övladları kiçik yaşlarından yaxşını və pisi ayırd etməlidir. Bunu ayırd etməyi bacarmadıqda bu kimi problemlərlə qarşılaşır. Uşaqlıqdan problem varsa, bu şəkildə davam edəcək. Sonradan yaranan hal o qədər də təsirli deyil”.

Ş.Heydərova bildirib ki, valideynlərin etdiyi səhvlərdən biri vaxtında uşaqlarına qadağalar haqında məlumat verməməkdir:

“Valideynlər də bəzən qadağaları yaşa uyğun etmirlər. Bu gün sosial şəbəkəni açırsan, biabırçılıq baş alıb gedir. Efirlərdə maarifləndirici verilişlərin sayı azdır. Məktəb psixoloqlarının təsiri əvəzolunmazdır. Uşaqlarla düzgün şəkildə maraqlansalar, yaxşı olar. Onlara aşılamaq lazımdır ki, boş vaxtlarını səmərəli şəkildə keçirsinlər. Uşaqlar məktəbə telefonla getməməlidir. Qadağa olmalıdır. Məktəb-müəllim-psixoloq zənciri fəaliyyət göstərməlidir.

Kriminal aləmə meyil akademik göstəriciləri də aşağı sala bilər. İnkişafın qarşısını alır, şəxsiyyət pozuntusuna gətirib çıxara bilər. İlk olaraq ailə məsuliyyət daşıyır. Bayağı musiqiləri ifa edənləri sosial şəbəkələrdə paylaşmamaqla dəstək ola bilərik. Bir insan nə qədər zövqsüz musiqi dinləsə, elə meyili də həmin tip musiqilərə yönələcək. Milli musiqilərimiz sevilməlidir”.

Psixoloq Aytən Ələkbərli isə əlavə edib ki, bayağı və kriminal musiqi dinləyən uşaqların 25 faizi musiqiyə görə düşüncəsini dəyişə bilər:

“Hər uşağın öz musiqi dünyası var. Musiqiyə görə düşüncəsin dəyişənlər 25 faizi əhatə edir. Əksəriyyəti sırf ritmik olduğu üçün maraq göstərirlər. Yəni o demək deyil ki, hamısı kriminal aləmə yönələcək. Kriminal şəxsiyyət tipində olanlarla məktəb psixoloqları fərdi qaydada işləməlidirlər”.

“Məktəb direktorları da yayılan bu kimi videolara görə işdən azad olunmalı deyil. Ola bilər ki, təsadüfən o oynayan zaman uşaqlar anidən qoşublar. Eyforiya vəziyyətində olub.

Bəzi uşaqlar xəyalı dünyaya gedib o musiqinin sözləri ilə özü üçün ssenari yazır. Qarşısı alınmalıdır ki, yeniyetməlikdə şəxsiyyət pozğunluğu yaşayıb, gələcəkdə şizofreniya xəstəsi olmasınlar.

Hamiləlik dövründə qadınlar dinlədikləri musiqilərə diqqət etməlidirlər. Çünki uşağın musiqi zövqü ana bətnində formalaşır”, - deyə A.Ələkbərli fikrini tamamlayıb.

Nəzrin Vahid  

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Oxşar xəbərlər