Gəncədə evlərin biri yanıb. Bu haqda 4 iyul tarixində FHN-ə istinadən xəbər veririk.
Ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.