"Turan Tovuz" Gəncə təmsilçisini məğlub edib. Bu haqda 11 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Yeni mövsümə hazırlaşan komandamız ilk yoxlama oyununda "Turan Tovuz" ilə qarşılaşıb. Qəbələdə keçirilən matç rəqibin qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisi ilə keçirilən oyun 4:0 hesabı ilə yekunlaşıb.
Bu oyunda komandamızın məşqçilər korpusu heyətdə, əsasən, gənclərə şans verib.