Gəncə şəhərində polis əməkdaşları tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktik tədbir keçirib. Bu haqda 3 avqust tarixində Report-a istinadən xəbər veririk.
Keçirilən tədbirlər nəticəsində ümumilikdə 16 nəfər saxlanılıb. Onlar Polis Şöbəsinə gətiriliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.