Gəncəli Əməkdar artistin səhhəti ağırlaşıb. Bu haqda 18 yanvar tarixində Bizim.media-ya istinadən məlumat veririk.
“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva səhhəti pisləşdiyi üçün yenidən Milli Onkologiya Mərkəzinə yerləşdirilib. O bildirib ki, başında yeni törəmələr əmələ gəlib.
“Hazırda nə danışa, nə yeriyə bilirəm. Yeni şüa qəbul etdiyim üçün müəyyən zaman keçməlidir ki, növbəti şüa prosedurunu qəbul edə bilim. Bədənim şüanı almaq üçün hələ hazır deyil. Buna görə həkimlərin cavabını gözləyirəm”.
Həmçinin aktrisa maddi vəziyyətinin də pis olduğunu qeyd edib:
"Heç kim yardım etmir. Maddi vəziyyətim çox aşağıdır. İşləmədiyim üçün ikiqat ağırdır".