top
TikTokda arvadına yazan kişinin əlini kəsdi - Gəncədə DƏHŞƏT
26 dekabr 2025, 18:31
- ↺ +

"TikTok"da arvadına yazan kişinin əlini kəsdi - Gəncədə DƏHŞƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə qısqanc kişi cinayət törədib.

Lent.аz xəbər verir ki, hadisəyə səbəb "TikTok" sosial şəbəkəsindəki yazışma olub.

İttiham aktına görə, bir nəfər 35 yaşlı Seymur Mirzəyevin (ad və soyad şərtidir) arvadına "TikTok"da mesaj yazaraq, əxlaqsız təklif edib. Seymur müəyyən edib ki, həmin mesajı yazan özünün sinif yoldaşı Rəşiddir (ad şərtidir). Buna görə də, o, Rəşidi idarə etdiyi avtomobilə əyləşdirərək, yazdığı mesajı göstərib və gözünə zərbə vurub. Sonra ard-arda Rəşidin sifətinə yumruqla zərbələr endirib. Seymur bununla kifayətlənməyərək, avtomobildə saxladığı bıçağa əl atıb, Rəşid isə özünü qorumaq üçün əli ilə bıçağın tiyəsindən tutub. Nəticədə bıçaq onun barmaqlarını kəsib. Bundan sonra zərərçəkən avtomobildən düşərək qaçıb.

Faktla bağlı Seymur Mirzəyev saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, arvadı ilə ikisi bir telefon işlədir. Onun sözlərinə görə, yoldaşının həmçinin "TikTok" hesabı da yoxdur və ona məxsus "TikTok" hesabından istifadə edir. Seymur Mirzəyev qeyd edib ki, Rəşid onun sinif yoldaşı olmaqla yanaşı, həm də qonşusudur. Avtomobildə ard-arda Rəşidin üzünə yumruqla vurandan sonra bıçaqla da zərbə endirmək istəyib. Lakin bıçaq Rəşidin əlini kəsib deyə, zərərçəkən maşından düşərək qaçıb.

Seymur Mirzəyev əməlindən peşman olduğuna, zərərçəkənlə barışdığına və körpə uşağının olmasına görə məhkəmədən bağışlanmasını istəyib.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə Seymur Mirzəyev barəsində 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər