Gəncənin voleybol klubu yeni transfer həyata keçirib.
“Gəncə” VK-nın məlumatına əsasən, Tailand millisinin üzvünü komandaya cəlb ediblər. Tiçakorn Bunlert ilə birillik müqavilə imzalanıb.
Ötən mövsümü ölkəsində “Diamond Food Fine Chief” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.
Xatırladaq ki, daha öncə klub yerli idmançılar Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.