top
Şok iddia: Direktor əvvəlcədən kimin sinifdə qalacağını müəyyən edib
12 fevral 2026, 12:28
- +

Şok iddia: Direktor əvvəlcədən kimin sinifdə qalacağını müəyyən edib

Göygöl rayonu Çaylı kənd tam orta məktəbində qalmaqallı vəziyyət yaranıb.

Gencexeber.az-a daxil olan şikayətlərə əsasən, bir qrup valideyn məktəbin direktoru Aqif Hüseynovun şagirdlərə qarşı qərəzli münasibət göstərdiyini iddia edir.

Çaylı kənd sakini Eşqin Nəbiyev redaksiyamıza müraciət edərək bildirib ki, onun 7-ci sinifdə oxuyan oğlu məktəb direktoru tərəfindən məqsədli şəkildə sinifdə saxlanılıb. Valideynin sözlərinə görə, qərəzin konkret səbəbi ona məlum olmasa da, imtahanlardan öncə direktorun müəllimlərə bəzi şagirdlərin, o cümlədən onun oğlunun sinifdə saxlanılacağını bildirdiyi iddia edilir.

Eşqin Nəbiyev qeyd edir ki, bu proses çərçivəsində bəzi uşaqlara real biliklərindən aşağı qiymət yazılması ilə bağlı göstəriş verilib. 

Valideyn məsələ ilə bağlı əvvəlcə Göygöl Təhsil Şöbəsinə, daha sonra isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və digər aidiyyəti qurumlara rəsmi müraciət etdiyini bildirir. Onun sözlərinə görə, şikayət məktubundan sonra məktəbə komissiya göndərilib və şagirddən yenidən imtahan götürülüb.

Lakin ata iddia edir ki, verilən vədlərə baxmayaraq nəticə dəyişməyib və uşaq sinifdə saxlanılıb.

İki əkiz övlad atası olan Eşqin Nəbiyevin uşaqlarından biri təhsilini davam etdirmək üçün kilometrlərlə uzaqda yerləşən başqa kənd məktəbinə getməyə məcbur qalıb. Bu isə ailə üçün əlavə maddi və psixoloji çətinliklər yaradıb.

Məsələnin digər tərəfi isə daha ciddi iddia ilə bağlıdır. Valideyn və bəzi sakinlər məktəb direktorunun şagirdlərə qarşı fiziki güc tətbiq etməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Gencexeber.az tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə göndərilən sorğuya cavab olaraq qurumdan Göygöl rayon Çaylı kənd tam orta məktəbinin 3 nəfər 7-ci sinif şagirdinin 2024-2025-ci tədris ilinin yekununda məktəbdaxili qiymətləndirməyə əsasən sinifdə saxlanılması təsdiqlənib:

"Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən tədris ili üzrə qiymətləndirmə nəticələri ilə bağlı əlavə araşdırma aparılıb, qiymətləndirmə materialları və təlim nəticələri yenidən təhlil olunub.

Şagirdlərin akademik göstəricilərinin dinamikası nəzərə alınmaqla yekun qərarın qəbul edilməsi nəzərdə tutulub".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Oxşar xəbərlər