top
Şəmkirli qızı komaya salan həkim onunla maraqlanmır – İDDİA
20 noyabr 2025, 16:05
- ↺ +

Şəmkirli qızı komaya salan həkim onunla maraqlanmır – İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il aprelin 30-da "MedAura" klinikasında burun əməliyyatı zamanı koma vəziyyətinə düşən Şəmkir rayonundan olan Nigar İlham qızı Budaqlının görüntüləri günlərdir sosial şəbəkədə müzakirə edilir. Qızın ailəsi onun həkim ehtiyatsızlığı ucbatından komaya düşdüyünü bildirib. 

Nigarın bacısı İlahə Budaqova axşam.аz-a açıqlamasında bacısının durumundan danışıb. O, lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirləndirib:

"Bacım burun əməliyyatı olunmuşdu, sonra nəfəs almasında problem yarandı. Həkim dedi ki, get, bir neçə ay keçsin gələrsən. Bir neçə ay sonra - aprelin 30-da ikinci dəfə əməliyyata girib. Narkozu verəndə bacım komaya düşüb. Heç əməliyyat etməyiblər, kliniki ölüm vəziyyətinə düşüb. Orada nə baş verib, bilmirik. Xəstəxana əməkdaşları bir müddət bizə heç nə demədi. Sonra görüblər ki, vəziyyət pisdir, bizi çağırdılar. Getdik ki, bacım qalıb ortada, xəstəxanada reanimasiya şöbəsi yoxdur. Təcili yardımlar gəldi, heç bir klinika bacımı qəbul etmirdi. Yalvarıb onu bir klinikaya yerləşdirdik. 2 ay orada qaldı, amma yenə buraxdılar. Evimizi satdıq, gəlib Bakıda kirayədə qalırıq. Pulumuz həkimlərə getdi. Nə qədər tibb bacısına borcumuz var. Həkimlər deyir ki, sağalması uzun müddət tələb edir. Həm pul, həm yaxşı həkimlər lazımdır".

İlahə Budaqova bildirib ki, bacısını o günə salan Yaqub Əsədi və Cəmilə Əliyeva heç onunla maraqlanmır:

"Heç maraqlanmırlar ki, necə olub. Yaqub Əsədi atır narkoz həkimi Cəmilənin üstünə. Cəmilə deyir prokuror qızıyam, kimsə mənə bir şey edə bilməz. Vəkil tutmuşuq, hər yerə şikayət etmişik. Amma məsləyə baxan yoxdur".

Ailə deyir ki, ekspert rəyində həkimlərin təqsirli olduğu sübutunu tapıb. Amma klinika, əməliyyatı icra edən həkim və anestezioloq dəymiş ziyanı üzərinə götürmür. 

Redaksiya tərəfindən məsələ ilə bağlı Yaqub Əsədi ilə əlaqə saxlamaq cəhdi uğursuz olub. Sosial şəbəkədəki profilində isə o, işinin başında olduğunu, əməliyyatlar icra etdiyi görüntüləri yayımlayır. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Oxşar xəbərlər