top
Şəhid Rəşad Atakişiyevin yoldaşı onu ittiham edən xanımı məhkəməyə verdi
04 fevral 2026, 14:58
- +

Şəhid Rəşad Atakişiyevin yoldaşı onu ittiham edən xanımı məhkəməyə verdi

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova Gəncə şəhəri, F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Günay Məmmədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Teleqraf.аz xəbər verir ki, buna G.Məmmədovanın "TikTok"da K.Hüseynova barədə səsləndirdiyi fikirlər səbəb olub.

Könül Hüseynova iddia ərizəsində qeyd edib ki, Günay Məmmədova bütün ölkə üzrə musiqi və incəsənət məktəblərində keçiriləcək attestasiya imtahanlarını ictimai müzakirəyə çıxararaq, etdiyi canlı yayımlarda haqqında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələməyə və nalayiq formada qəsdən alçaltmağa, onu cəmiyyətdə nüfuzdan salmağa yönələn şər-böhtan və təhqir xarakterli məlumatlar paylaşıb.

G.Məmmədova paylaşımlarında Könül Hüseynovanı həyat yoldaşı şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından sonra onun adından istifadə etməkdə də ittiham edib.

Ekspertizaya təqdim edilmiş videolarda şərəf və ləyaqəti ləkələyən məlumatlar təsdiqini tapıb. Məhkəmə sonda qərar verib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən Günay Məmmədova amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Könül Hüseynova tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin qızıdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Oxşar xəbərlər