Gəncəli şair dünyasını dəyişib. Bu haqda 8 iyul tarixində Azerforum-a istinadən məlumat veririk.
Söhbət publisist, dramaturq Ofeliya Mədətqızıdan (Xəlilova) gedir. Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, Mədətqızı 69 yaşında vəfat edib. O, Gəncədə dəfn olunub.
Həmçinin bildirilib ki, şairin birinci qrup əlilliyi olub. Son vaxtlar isə səhhətində narahatlıqlar yaranmağa başlayıb.