top
Şagirdlər istiliyin olmaması səbəbindən 10 gündən çoxdur məktəbə getmir - İDDİA
19 mart 2026, 17:44
- +

Şagirdlər istiliyin olmaması səbəbindən 10 gündən çoxdur məktəbə getmir - İDDİA

Samux rayonunun Tatlı kənd tam orta məktəbində istilik problemi səbəbindən şagirdlərin 10 gündən artıqdır dərsə getmədiyi iddia olunur.

Gencexeber.az-a daxil olan məlumata görə, təhsil müəssisəsində istilik sistemində yaranan problem həm şagirdlərin, həm də valideynlərin ciddi narahatlığına səbəb olub. Bildirilir ki, məktəbdə bəzi günlərdə müəllimlərin də əksəriyyəti dərsə gəlməyib.

İddialara əsasən, məktəbdə mavi yanacağın verilişində problem yaranıb. Sakinlər bildirirlər ki, səbəb kimi sayğaca ödəniş edilməməsi göstərilir. Nəticədə məktəbin qızdırılması mümkün olmayıb və bu vəziyyət şagirdlərin tədrisdən kənarda qalmasına səbəb olub.

Qeyd edək ki, Tatlı kənd tam orta məktəb son iki ilə qədər odunla qızdırılıb. Daha sonra təhsil müəssisəsinə qaz xətti çəkilsə də, hazırda istilik təminatında yenidən problem yarandığı bildirilir.

Valideynlər çıxılmaz vəziyyətdə olduqlarını deyirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət edilsə də, məsələ uzun müddət həllini tapmayıb. Məktəbdə yüzdən artıq şagird təhsil alır.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Samux rayon Tatlı kənd tam orta ümumtəhsil məktəbində istilik təminatında fasilə texniki məsələlərlə bağlı yaranıb: 

"Həyata keçirilmiş zəruri tədbirlər nəticəsində problem aradan qaldırılıb və hazırda təhsil müəssisəsinin istiliklə təchizatı müvafiq qaydada həyata keçirilir. Qeyd edirik ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Bu gün, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Bu gün, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Bu gün, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Bu gün, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər