top
Sabiq nazir qızının filminə qadağa - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
04 dekabr 2025, 15:13
- ↺ +

Sabiq nazir qızının filminə qadağa - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub.

Qafqazinfo.аz xəbər verir ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.

Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir. 

Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir. 

Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən "Məhsəti" filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.

Qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, instaqram hesabında paylaşım edərək bildirib ki, "Məhsəti" filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin "mənəvi dəyərlərə uyğun olmadığını" əsas göstərib. S. Qarayeva özü də paylaşımında qeyd edib ki, "Məhsəti" obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Bu gün, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Bu gün, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Bu gün, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Bu gün, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
Dünən, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
Dünən, 14:49

Bu il neçə qız qaçırılıb?

Bütün xəbərlər
Dünən, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
Dünən, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Bütün xəbərlər
Dünən, 09:38

Mingəçevirdə işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 09:06

Gəncədə 35 yaşlı kişi b1çaqlanıb

Bütün xəbərlər
23 sentyabr 2026, 18:00

Gəncədə deputatlarla görüşmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
23 sentyabr 2026, 17:10

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bütün xəbərlər
23 sentyabr 2026, 15:10

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
23 sentyabr 2026, 13:44

Gəncədə bina əyilir, fasad örtüyü qopub tökülür – ŞİKAYƏT

Bütün xəbərlər
23 sentyabr 2026, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
23 sentyabr 2026, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
23 sentyabr 2026, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
23 sentyabr 2026, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
23 sentyabr 2026, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Oxşar xəbərlər