Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi işləri həyata keçiriləcək.
Gencexeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Bildirilib ki, oktyabrın 21-də Seyfəli poliqonunda başlanılacaq işlərə oktyabrın 25-də yekun vurulacaq.