Noyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.