Fevralın 6-da gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.