Gəncə təmsilçiləri bu gün oyuna çıxır. Bu haqda 16 iyul tarixində voleybol klubuna istinadən məlumat veririk.
Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib. Burada "Gəncə" VK-nı klubun meneceri İbrahim İbrahimov təmsil edib.
Püşkatma mərasiminin nəticələrinə əsasən, komandalarımız "Azərreyl 1" və onun ikinci heyəti ilə qarşılaşacaq. Matçlar bu gün, 16 iyul tarixində baş tutacaq.
Qeyd edək ki, çempionat iyulun 19-da yekunlaşacaq.