Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzi fəaliyyətə başlayıb. Bu haqda 2 iyul tarixində Bizim.Media.az-a istinadən xəbər veririk.
Mərkəz "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb. Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
Xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına və sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Ünvan: Gəncə şəhəri, Mədət Xələfov küçəsi 18 və Atatürk prospekti 12A;
Əlaqə nömrəsi: 012 525 41 30 / 52-60;
Qəbul günləri: Çərşənbə;
Qəbul saatları: 12:00 - 13:00.