"Gəncə Toxunulmamış Parça" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar yığıncağı keçirilib. Bu haqda 1 iyul tarixində İqtisadiyyat.az-a istinadən xəbər veririk.
Yığıncaqda şirkətin ləğv olunması ilə bağlı qərar qəbul olunub. ASC-nin ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılıb.
Qeyd edək ki, "Gəncə Toxunulmamış Parça" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır. Şirkətin rəhbəri Mehrac Əliyevdir.