Gəncəli rejissor mükafatlandırılıb. Bu haqda 2 avqust tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Söhbət tanınmış rejissor Rövşən İsaxdan gedir. O, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncə şəhərində anadan olub. Tam və qısametrajlı bədii və bir çox reklam filminin müəllifidir. “Aktrisa” filmi, “Pərvanələrin rəqsi”, “Vicdan haqqı” və “Yuxu kimi” seriallarını çəkib.