top
Rayonlarda süni inkişaf: Regionların iqtisadi mühiti ilə bağlı PROQNOZ - FOTO
29 noyabr 2024, 18:00
- +

Rayonlarda süni inkişaf: Regionların iqtisadi mühiti ilə bağlı PROQNOZ - FOTO

 

Hesablama Palatası “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə növbəti il üçün iqtisadi proqnozlarını açıqlayıb. Rəydə bildirilib ki, 2025-ci ildə ölkə iqtisadiyyatının 3,5 faiz artacağı, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır. O da qeyd edilib ki, ortamüddətli dövrdə – 2025-ci il istisna olmaqla – neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ümumi daxili məhsulun (ÜDM) həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır.

Dövlət Vergi Xidmətinin açıqladığı rəqəmlərə baxdıqda 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə daxil olan 14 milyard 148,4 milyon manatdan çox verginin 9 milyard 551,4 milyon manatdan artığının qeyri-neft-qaz sektorunun payına düşdüyü görülür. Ümumilikdə isə göstərilən tarix aralığında ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorundan əldə edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən 2024-cü ilin yanvar ayında paylaşılan rəqəmlərə də qeyri-neft-qaz ÜDM-nin 12,3% artdığı yansıyıb. Bundan başqa, həmin dövrdə əsas kapitala investisiya qoyuluşları qeyri-neft-qaz sektoruna 34,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda isə yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldildiyi bildirilib. Son bir ildə qeyri neft-qaz sektoruna investisiyaların isə 1,6 faiz azaldığı açıqlanıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də uzunmüddətli dövrdə əsas məqsədin regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq olduğu bildirilir, bölgələrdə iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsinin vacibliyi vurğulanır, regionların da paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmasının zəruriliyi qeyd olunur.

Bütün bunları nəzərə alaraq Hesablama Palatasının 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacağı yönündəki proqnozunun regionlara necə yansıyacağı və bunda bölgələrin oynadığı rolun nədən ibarət olacağı sualı ortaya çıxır. İqtisadiyyatın rentabelli olması üçün rayonların süni şəkildə inkişaf etdirilməsi yox, Bakının yaşaya bilinəcək vəziyyətə gətirilməsi istiqamətində işlər görülməlidir.

İqtisadçı-ekspert Elçin Rəşidov  Gencexeber.az-a açıqlamasında Hesablama Palatasının uzaq müddət üçün proqnoz vermə adətinin olmadığını bildirib.

Rayonlarda süni inkişaf: Regionların iqtisadi mühiti ilə bağlı PROQNOZ - FOTO

Ekspert mövcud açıqlamanın dəqiq proqnoz olmadığını deyib:

“İlk növbədə qeyd edim ki, ölkədə neft-qaz sektoru birlikdə kiçilmək üzrədir, istehsal azalır. Buna görə də neft-qaz sekotrunun iqtisadi artımda rolu mənfidir. Əgər iqtisadi artım olacaqsa – mən buna ciddi şübhə edirəm – bu artım qeyri-neft-qaz sektoru hesabına olmalıdır, bunun başqa yolu yoxdur. Çox maraqlıdır ki, Palata bunu 2025-ci il üçün də deməlidir, ancaq bunu etmirlər. Bizə daha uzaq gələcək üçün ümid verirlər. Ölkədə hazırda islahatların zəif inkişafı onu deməyə əsas verir ki, yaxın müddətdə iqtisadiyyat böyüməyəcək”,

Elçin Rəşidov Azərbaycanda qeyri-neft-qaz sektorunun potensialının böyük olduğunu qeyd edib, ölkədə qeyri-neft-qaz sektorunun qonşu ölkələrdən ciddi şəkildə kiçik olduğunu vurğulayıb:

“Bu da o deməkdir ki, potensial böyükdür. Həmin potensialdan düzgün istifadə olunmaması iqtisadi siyasətin düzgün olmamasından qaynaqlanır. Fiskal, humanitar siyasət, maliyyə və aqrar sektorunun, dövlət büdcəsinin idarə edilməsindəki mövcud qüsurlar iqtisadiyyatı geri atan nüanslardır”.

“Azərbaycan regionlarının iqtisadi potensialının yaxşılaşdırılması, ilk növbədə, mərkəzi iqtisadi siyasətlərlə makroiqtisadi siyasətin düzgün aparılmasından asılıdır. Mövcud humanitar siyasət qeyri-neft sektorunda yaradılan məhsulların rəqabət qabiliyyətliliyini aşağı salır”, - deyən ekspertin sözlərinə görə, kapitalın alternativ dəyərinin azaldılmasına nail olunmalıdır:

“Buna görə də həmin məhsullar üzrə ixracımız aşağı düşür, əksər məhsulları isə idxal etməli oluruq. Regionların iqtisadi potensialının artırılması üçün istehsala əlverişli olan humanitar siyasətə keçid edilməlidir. Faiz dərəcəsinin, kapitalın alternativ dəyərinin azaldılmasına nail olunmalıdır ki, qeyri-neft-qaz sektoruna müxtəlif investisiyalar yatırılsın və mövcud “Holland xəstəliyi”ndən (və ya “Holland sindromu” – xammal ixracının artması ilə ölkə iqtisadiyyatının səmərəliliyinin azalması – red.) sağalsın. Ölkənin düçar olduğu “Holland xəstəliyi” qeyri-neft sektorunun dirçəlməsinə imkan vermir”.

Sektoral siyasətlərə xüsusi diqqət ayırmaq lazım olduğunu qeyd edən iqtisadçı-ekspert dəyər zəncilərinə diqqət çəkib:

“Hazırda aqrar sektorda ölkənin əmək qabiliyyətli əhalisinin 35 faizi çalışır. Amma bu 35 faiz ölkənin ÜDM-sinin cəmi 5 faizini formalaşdırır. Bu onu göstərir ki, orada əmək məhsuldarlığı ölkə üzrə orta qiymətdən 7 dəfə aşağıdır. Qeyri-aqrar sektorda isə əməyin məhsuldarlığı 10 dəfədən çox aşağıdır. Əgər biz aqrar sektorda əməyin məhsuldarlığını artırsaq, regionlara nə qədər fayda verə bilərik. Burada çox böyük potensial var. Aqrar sektorda ciddi şəkildə ayrı-ayrı məhsullar üzrə dəyər zəncirləri bir-birindən qopuqdur və nəticədə dəyər zəncirinin bəzi elementləri dəyər yarada bilmir. Hökumət də dəyər zəncirlərini  bütövləşdirməyə çalışmalıdır. Bir daha deyirəm, böyük potensial var və bu potensialın üzərində işləmək lazımdır”.

Elçin Rəşidov: “Regionlarda ənənəvi kənd modelidir, amma dünyanın hər yerində məhsuldarlığın artırılması üçün ağıllı yaşayış məntəqələrinə keçid edilir. Belə yaşayış məntəqələrində kiçik kəndlərə nisbətən daha çox əhali yaşamalıdır ki, orada lazım olan xidmətləri göstərə bilsinlər, əmək bazarı formalaşsın. Məsələn, cins heyvanlar yetişdirilə bilər, ancaq bu, kiçik təsərrüfatlarda mümkün deyil. Böyük miqyaslı aqrar sektorda böyük miqyaslı işlərlə məşğul olub yoxsulluq çalasından çıxmaq olar”, - deyə fikirlərini tamamlayıb.

Sara Priyeva

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:51

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə

Bütün xəbərlər
Bu gün, 10:31

Gəncədə 57 yaşlı qadını maşın vurub

Bütün xəbərlər
Bu gün, 10:12

Şəmkirdə kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Bu gün, 09:39

Gəncəli bəstəkarın vəfatından 45 il ötür…

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə bu dayanacaq üfunət saçır

Bütün xəbərlər
Dünən, 18:00

Təhsil idarəsinə TƏYİNAT

Bütün xəbərlər
Dünən, 17:03

Davulçu Aysel el şənliyində qolu gipsli iştirak edib

Bütün xəbərlər
Dünən, 16:30

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

Bütün xəbərlər
Dünən, 16:07

Daha bir GƏNCƏLİ güləşçi Antalyada rəqib tanımadı

Bütün xəbərlər
Dünən, 15:25

Gəncədə qəzalı dam örtüyünün təmirinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:50

Gəncədə çayxananın fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər
Dünən, 14:47

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:20

Gəncədə yük maşınları yolu zəbt edir

Bütün xəbərlər
Dünən, 13:07

Ölkə universitetlərində çalışan əcnəbi müəllimlərin SAYI

Bütün xəbərlər
Dünən, 12:37

Təhsil idarəsinin "WhatsApp" kanalı istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 12:05

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Bütün xəbərlər
Dünən, 10:33

Qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı

Bütün xəbərlər
Dünən, 09:34

Oğru evlərə belə girib… – GÖRÜNTÜLƏR

Bütün xəbərlər
14 aprel 2026, 18:21

Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır

Bütün xəbərlər
14 aprel 2026, 18:00

Gəncədə uşaq attraksionları baxımsız vəziyyətə düşüb

Bizim fəxrimiz
14 aprel 2026, 17:24

Karateçilərimiz beynəlxalq turnirdən Gəncəyə 21 medalla qayıdırlar

Bütün xəbərlər
14 aprel 2026, 16:48

Gəncə Dövlət Milli Dram Teatrında yeni tamaşa hazırlanır

Bütün xəbərlər
14 aprel 2026, 16:15

Bu il qatarlara 18 dəfə daş atılıb

Bizim fəxrimiz
14 aprel 2026, 15:42

Gəncəli güləşçi Türkiyədə qızıl medal qazandı

Oxşar xəbərlər