Gəncə idmançıları güclərini sınayacaqlar. Bu haqda 13 avqust tarixində Azərforum-a istinadən məlumat veririk.
Gəncə şəhər açıq birinciliyi qrapplinq idman növü üzrə keçiriləcək. Tədbir Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunur.
Görüş 18 avqust tarixində saat 10:00-da Göygöl rayon Heydər Əliyev adına istirahət parkında baş tutacaq.