top
Qəbiristanlıqlar şəhərdən kənara köçürülsün - DEPUTAT
01 noyabr 2025, 14:51
- ↺ +

"Qəbiristanlıqlar şəhərdən kənara köçürülsün" - DEPUTAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar paytaxtda və bir sıra böyük şəhərlərdə qəbiristanlıqlarda qiymətlərin artdığı və yer tapmağın çətinləşdiyi müşahidə olunur. Qəbir yerlərinin azlığı, tələbatın çoxalması və bu sahədəki alqı-satqı halları vəziyyəti daha da gərginləşdirib. Bəzi insanlar sağlığında qəbiristanlıqlarda yer zəbt etdiyi üçün bu da müəyyən mənada əlavə problemlərə səbəb olur.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Regional məsələlər komitəsində keçirilən iclasda da qəbiristanlıq mövzusu müzakirə edilib.

Mövzu ilə bağlı modern.аz-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, əslində, qəbiristanlıqlarda yer çatışmazlığının bu qədər böyük problemə çevrilməsinin əsas səbəbi tənzimlənmə məsələsində dəqiqliyin olmamasıdır.

"İlk növbədə qeyd edim ki, qəbiristanlıqların idarə edilməsi bələdiyyələrin səlahiyyətinə verilib. Lakin bələdiyyələrin maliyyə və texniki imkanları məhdud olduğu üçün, onlar bu məsuliyyəti tam şəkildə daşımaqda maraqlı görünmürlər.

Bu sahəyə nəzarət və tənzimləmə prosesi həm müvafiq icra orqanları, həm də yerli icra hakimiyyətləri üçün çətinləşib. Mənim fikrimcə, qəbiristanlıqları şəhər ərazisindən kənara çıxarmaq vacibdir. Onlar şəhərə tam yaxın məsafədə olmasa da, insanların rahat şəkildə gedib-gələ biləcəyi ərazilərdə yerləşdirilməlidir".

Deputat həmçinin qeyd edib ki, şəhər qəbiristanlıqlarında yer qalmadığı üçün insanlar ciddi çətinliklərlə üzləşir, hətta, ziyarət zamanı da avtomobillərini uzaqda saxlayıb, piyada getməyə məcbur qalırlar:

"Buna görə də, konkret qərarlar qəbul edilməli, şəhərdənkənar, istifadəyə yararsız və aqrotexniki baxımdan dəyər daşımayan torpaq sahələri qəbiristanlıq kimi ayrılmalıdır.

Belə ərazilər kifayət qədər çoxdur və onların bu məqsədlə istifadəyə verilməsi həm şəhərin planlaşdırılması baxımından, həm də vətəndaşların rahatlığı üçün daha doğru addım olar".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər