top
Qazaxlı iş adamı qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
12 fevral 2026, 13:55
- ↺ +

Qazaxlı iş adamı qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uraldakı Azərbaycan diasporunun rəhbəri, əslən Qazax rayonundan olan Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.

Apa.аz xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovskiy Rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb.

Andlılar Məhkəməsinin kollegiyası Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib.

İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir.

Qeyd edək ki, andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Tezliklə hökmün elan ediləcəyi bildirilib.

Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara (verdikt - red.) əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunub.

Səfərov qardaşları da bütün ittihamlar üzrə qətl və qəsdən adam öldürməyə cəhddə (iş adamı Yunis Paşayevin qətli və Fehruz Şirinova sui-qəsdə cəhd) təqsirli biliniblər.

İndi hakim andlılar məhkəməsinin qərarına əsasən hökm çıxarmalıdır.

Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər