top
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü  - YENİLƏNİB
06 sentyabr 2025, 11:02
- +

Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - YENİLƏNİB

Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Lent.аz xəbər verir ki, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub.

Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və onlar ayrılıblar. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını "TikTok"da paylaşıb.
Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar.

Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qonaq qalıb.

Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgəovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Məlumata görə hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini bildirib. Hadisə vaxtı S. Əsgərov sərxoş olub. Qeyd edək ki, T. Abdullayev Sənan Əsgərovun qızı T. Əsgərovanın ikinci ailəsi olub. Sənan Əsgərovun qızı T. Əsgərovanın iki övladı var.

Faktla bağlı araşdırma davam etdirilir. 

09:04

Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.

Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb.

Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.

Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Məktəblərimizdə "Hakaton həftəsi" start götürür

Bütün xəbərlər
Bu gün, 17:17

Gəncədə qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Bolmart"lar bağlanacaq?

Bütün xəbərlər
Bu gün, 16:39

Bu xəstəliyə qarşı dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq

Bütün xəbərlər
Bu gün, 16:05

Tanışlarını döyən və bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 15:53

"Kəpəz" Azərbaycan kubokunda inamlı qələbə qazanıb

Bütün xəbərlər
Bu gün, 15:41

Rusiya-Ukrayna müharibəsində iki azərbaycanlı həlak olub

Bütün xəbərlər
Bu gün, 14:51

Peşə təhsilində Belarus tədris modelindən istifadə ediləcək

Bütün xəbərlər
Bu gün, 14:19

Fırçanın izi qaldı…: Gəncədə sevilən rəsm müəllimi vəfat edib

Bütün xəbərlər
Bu gün, 13:41

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:07

AYNA: Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

Bütün xəbərlər
Bu gün, 12:33

Lisey və gimnaziyalara qəbul yalnız bu siniflər üzrə aparılacaq

Bütün xəbərlər
Bu gün, 11:49

Gəncədə ağır qəzada xəsarət alanların son durumu - YENİLƏNİB 2

Bütün xəbərlər
Bu gün, 11:32

YDM-də tanışını öldürmək istədi, 8 il həbs olundu

Bütün xəbərlər
Bu gün, 10:52

Gəncədə MKTİB tərəfindən zibil konteynerləri yenilənib

Bütün xəbərlər
Bu gün, 10:25

Gəncədə tanınmış həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:00

Gəncəli məşqçilərdən maraqlı təşəbbüs

Bütün xəbərlər
Bu gün, 09:36

20 yaşlı oğlana qəbiristanlıqda xəsarət yetirdilər

Bütün xəbərlər
Bu gün, 00:06

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Bu gün, 00:01

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 5 il ötür

Bütün xəbərlər
Dünən, 18:00

Laçında işləmək istəyən gəncəlilərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:24

"Komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə" - Marian Kolevlə MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:44

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub

Bütün xəbərlər
Dünən, 16:03

Gələn ay torpaq hərracı keçiriləcək

Oxşar xəbərlər