top
Qardaş hamilə bacısını öldürmək istədi - 11 il HƏBS EDİLDİ
08 dekabr 2025, 09:17
- ↺ +

Qardaş hamilə bacısını öldürmək istədi - 11 il HƏBS EDİLDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almazı (adlar şərtidir – red.) öldürməyə cəhd edib.

Teleqraf.аz xəbər verir ki, o, bacısının kənddə Telmanla münasibətdə olduğunu və hamilə qaldığını öyrənib.

Bu il mayın 31-də gecəyarısı işlədiyi Ağdam rayonundan Goranboyun kəndinə, Almazın yaşadığı evə gəlib. Səhər saatlarınadək ağaclıqda gözləyib, anası İlhamənin və Almazın uşaqlarının evdən çıxdığını gördükdə bacısının evdə tək qaldığına əmin olub. Sonra evə daxil olub, bacısının yatdığı otağa girib, hamilə olduğunu bildiyi halda bıçaqla ona bir zərbə endirib.

Ancaq bıçağın daxilə nüfuz etmədiyini görüb, onun saçından tutaraq boğaz nahiyəsinə iki ardıcıl zərbə endirib. Qadının öldüyünü zənn edərək həyətə çıxıb. Bu vaxt Almazın həyətə çıxaraq qaçdığını görüb. Bacısını arxadan tutaraq yerə yıxıb, boynunu sındırmaq məqsədilə əlləri ilə burub.

Almazın yerə yıxılaraq xırıltı səsləri çıxardığını gördükdə onun öldüyünü zənn edib. Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edib və bacısını öldürdüyünü bildirib. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının müraciəti əsasında Almaz vaxtında tibb müəssisəsinə çatdırılıb və həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd və təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə sənədlərindən məlum olub ki, Almaz bu hadisədən sonra bətnində olan uşağını itirib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərman 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, məhkumun əməlinin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini və məhkuma həmin maddə ilə minimum həddə cəza təyin edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunduğunu vurğulayan vəkil onun 2-ci Qarabağ müharibəsində iştirak etdiyini, anasının bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyini də diqqətə çatdırıb.

Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin cəzası 11 il 3 aya endirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər